Xəzər Xəbər

Bu il 46 motosiklet və moped qəzasında 16 nəfər ölüb

Hadisə | 11:23 • 7 Dekabr 2024
Bu il 46 motosiklet və moped qəzasında 16 nəfər ölüb

Cari ilin 11 ayı ərzində respublika üzrə motosiklet və moped sürücülərinin iştirakı ilə 46 yol-nəqliyyat hadisəsi olub, 16 nəfər həyatını itirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, sözügedən qəzalarda 34 nəfər xəsarət alıb.

Bundan başqa, məlumat verilib ki, son on beş gün ərzində Neftçala, Şəki, Zaqatala, Kürdəmir rayonları ərazisində motosiklet və moped sürücülərinin iştirakı ilə qeydə alınan 5 yol qəzasında 4 nəfər həyatını itirib, 3 nəfər xəsarət alıb.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, küləkli, yağmurlu havalarda xüsusilə ehtiyatlı olmağa, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!",- deyə məlumatda qeyd edilib.

Xəbər lenti

Çox oxunanlar