Misirdə avtomobil qəzasına düşmüş azərbaycanlı ailə (3 nəfər) ilə Misirdəki səfirliyimiz tərəfindən əlaqə saxlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə bildirib ki, həmvətənlərimiz yüngül xəsarətlər alıblar.
“Vəziyyətləri yaxşıdır. Artıq mehmanxanadadırlar və heç bir şikayətləri yoxdur", - deyə A.Hacızadə bildirib.