Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Azərbaycanın ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan Rusiya vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.
Dövlət Gömrük Komitəsindən Xezerxeber.az-a bildirilib ki, kinoloji xidmət itinin reaksiyasına əsasən aparılan yoxlama zamanı yükün içərisində alüminium falqalara bükülmüş 10 ədəd bağlamada qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilmiş külli miqdarda - 10 kiloqram 360 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.