Xəzər Xəbər

Hərbçi özünü öldürüb, cinayət işi açılıb

Hadisə | 19:17 • 18 Oktyabr 2024
Hərbçi özünü öldürüb, cinayət işi açılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Gözəlov Novruz Fikrət oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə Hərbi Prokurorluğuna məlumat daxil olub.

Xezerxeber.az bildirir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

O bildirib ki, daxil olmuş məlumat əsasında Gəncə Hərbi Prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq zəruri istintaq hərəkətləri həyata keçirilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq", - F.Əliyev qeyd edib.

Rubrikanın digər xəbərləri

Bakıda obyektdə yanğın söndürülüb
Bakıda obyektdə yanğın söndürülüb YENİLƏNİB
19:15 • 23 Dekabr 2024
Masallıda fərdi yaşayış evində
Masallıda fərdi yaşayış evində PARTLAYIŞ
20:15 • 22 Dekabr 2024
Bakıda ağır qəza
Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
Kəlbəcərdə avtomobil aşdı
Kəlbəcərdə avtomobil aşdı
13:46 • 22 Dekabr 2024
İsmayıllıda ağır qəza
İsmayıllıda ağır qəza Ölənlər var
10:23 • 22 Dekabr 2024

Xəbər lenti