Bu gün səhər saatlarında Bakı şəhərinin Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən mənzildə intihara cəhd hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, bu barədə vətəndaşın yaxınları Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.
Məlumatdan dərhal sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2000-ci il təvəllüdlü vətəndaş yaşadığı mənzildə intihara cəhd göstərib.
Qeyd edilib ki, xilasedicilərin çevik müdaxiləsi sayəsində xüsusi vasitələrin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısı açılıb və özünə müxtəlif bədən xəsarətləri yetirərək intihara cəhd etmiş vətəndaş mənzildə huşsuz vəziyyətdə aşkar olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.