Xəzər Xəbər

Naxçıvan şəhərində avtobus yanıb FOTO

Hadisə | 10:10
Naxçıvan şəhərində avtobus yanıb

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında Naxçıvan şəhəri, Xətai məhəlləsində "Hyudai County” markalı avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində avtomobilin mühərrik hissəsi yanıb, digər hissələri yanğından mühafizə olunub.

Xəbər lenti

Çox oxunanlar