Xəzər Xəbər

Cəlilabadda evdə yanğın söndürülüb, azyaşlı xəsarət alıb YENİLƏNİB

Hadisə | 16:04 • 8 Sentyabr 2024
Cəlilabadda evdə yanğın söndürülüb, azyaşlı xəsarət alıb

Cəlilabad rayonunun Azərbaycan küçəsində yerləşən iki mərtəbəli yaşayış evində baş verən yanğın söndürülüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə zamanı evdə təxminən 6-7 yaşlarında iki azyaşlı uşaq olub. Uşaqlardan biri hadisə zamanı çölə qaçaraq xilas olub. Digər uşaq isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinın Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri uşağı xilas ediblər.

Azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə nəticəsində təxminən 300 kv.m sahəyə malik ikimərtəbəli evin 80 kv.m-i qorunsa da, içəridə olan bütün əşyalar və yanar konstruksiyalar yanıb.

Faktla bağlı araşdırma aparılır.

15:44

Cəlilabad rayonunda evdə yanğın başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Azərbaycan küçəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.

Məlumata görə, yanğın zamanı iki azyaşlı uşaq evdə qalıb.

Hazırda onların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Rubrikanın digər xəbərləri

Bakıda körpünün üzərində iki maşın
Bakıda körpünün üzərində iki maşın YANIB
17:50 • 19 Sentyabr 2024
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib ölən var
19:39 • 14 Sentyabr 2024
Mənzildə meyit aşkarlanıb
Mənzildə meyit aşkarlanıb
11:18 • 12 Sentyabr 2024
Bakıda bir neçə obyektdə yanğın olub
Bakıda bir neçə obyektdə yanğın olub
10:03 • 12 Sentyabr 2024
Müğənni Kərimin toy zamanı döyülməsinin
Müğənni Kərimin toy zamanı döyülməsinin TƏFƏRRÜATLARI
11:35 • 11 Sentyabr 2024
Babək prospektində
Babək prospektində QƏZA
09:25 • 11 Sentyabr 2024

Xəbər lenti