Xəzər Xəbər

Şabranda yük maşını körpüdən dəmir yolu xəttinə aşıb

Hadisə | 09:50 • 29 Avqust 2024
Şabranda yük maşını körpüdən dəmir yolu xəttinə aşıb

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində "DAF" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar