Bakı şəhərinin Nərimanov rayonunda 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağının yanar konstruksiyaları 12 kv.m. sahədə yanıb.
Xezerxeber.az-ın Föfqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.