Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində gölməçədə cəsəd aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən Xezerxeber.az-a verilən xəbərə görə, məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1977-ci il təvəllüdlü Alıyeva Xoşgül İman qızının meyiti gölməçədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.