Rusiyanın Leninqrad vilayətinin Novosaratovka kəndində 43 yaşlı azərbaycanlı qətlə yetirilib.
APA-nın “47news.ru” saytına istinadən xəbərinə görə, araşdırma zamanı adı açıqlanmayan şəxsin ayağından aldığı güllə yarası nəticəsində çoxlu qanitirmədən öldüyü məlum olub.
O da bildirilib ki, onun Rusiya ərazisində qalma müddəti avqustun sonunada başa çatırdı.
Hazırda istintaq qrupu hadisənin səbəblərini araşdırır.