Paytaxt ərazisində naməlum şəxsin hüquqazidd əməldən yayınmaq məqsədilə evlərdən birinin həyətinə icazəsiz girməzi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin şəxsin əvvəllər dəfələrlə məhkum edilmiş 1992-ci il təvəllüdlü Mütəllim Məmmədov olduğu aşkarlanaraq saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 ədəd tapança aşkar olunaraq götürülüb.
Davam etdirilən araşdırmalar nəticəsində saxlanılan şəxsin Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olması və müxtəlif vaxtlarda 2 evdən ümumilikdə 11 min manat və məişət əşyaları oğurlaması da müəyyən olunub.
Araşdırmalar davam etdirilir.