Xəzər Xəbər

Şahbuzda mina partlayıb, xəsarət alan var

Hadisə | 09:47 • 12 Avqust 2024
Şahbuzda mina partlayıb, xəsarət alan var

Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.

Baş Prokurorluğun mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.

Şahbuz Rayon Prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Sumqayıtda yataqxana yanıb
Sumqayıtda yataqxana yanıb Görüntülər
11:13
Sumqayıtda ev yanıb
Sumqayıtda ev yanıb
15:13 • 19 Yanvar 2025
Qazaxda üçotaqlı evdə
Qazaxda üçotaqlı evdə Yanğın
09:09 • 17 Yanvar 2025
Ağ Şəhərdə mənzildə
Ağ Şəhərdə mənzildə PARTLAYIŞ
15:20 • 15 Yanvar 2025
Bakıda evə basqın edilib
Bakıda evə basqın edilib
15:24 • 14 Yanvar 2025
Sumqayıtda avtomobildə yanğın
Sumqayıtda avtomobildə yanğın Öıən var
10:15 • 12 Yanvar 2025

Xəbər lenti