Xəzər Xəbər

Sumqayıtda kişi xəstəxanada yatan qardaşı arvadını öldürüb YENİLƏNİB-1

Hadisə | 14:50 • 9 Avqust 2024
Sumqayıtda kişi xəstəxanada yatan qardaşı arvadını öldürüb

Sumqayıt şəhər sakini 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) avqustun 7-si saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hündürlükdən yıxılma, sol kürək sümüyünün sınığı və sol diz oynağının əziyi diaqnozu qoyulan pasiyent Travmatologiya şöbəsinə yerləşdirilib: "Ona müvafiq tibbi yardımlar göstərilib və bu barədə polisə məlumat verilib.

Avqustun 9-u saat 12:00 radələrində xəstəyə baş çəkmək üçün xəstəxanaya gələn ailə üzvlərindən biri palataya daxil olaraq, onunla söhbət edib. Həmin zaman xəstənin yaxını ona kəsici-deşici alətlə xəsarət yetirib. Boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarasını alan pasiyentə tibbi personal tərəfindən təcili zəruri tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırma aparılır. Qeyd edək ki, meyit təşrih üçün Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib".

12:26

Avqustun 9-da saat 12 radələrində Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İsrail Rəsulov iş üzrə şübhəli şəxs qismində tutulub.

13:10

Sumqayıtda qətl törədilib.

Bu barədə Xezerxeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 9-da saat 12:30 radələrində Sumqayıt şəhəri ərazisində 2001-ci il təvəllüdlü Cəmilə Mirzəcanovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

"Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qaynı 1998-ci il təvəllüdlü İsrail Rəsulov saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib"- deyə məlumatda qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti