Xəzər Xəbər

Ticarət mərkəzində yanğında bir nəfər zəhərlənib YENİLƏNİB

Hadisə | 16:05 • 1 Avqust 2024
Ticarət mərkəzində yanğında bir nəfər zəhərlənib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 14:40 radələrində Nizami rayonu, Q.Qarayev prospekti ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Xezerxeber.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində bir nəfər, 51 yaşlı şəxs (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

15:34

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə baş vermiş yanğın  geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Xezerxeber.az xəbər verir ki, bu barərə FHN-in mətbuat xidmətinin məlumatında deyilir.

Xəbər lenti

Çox oxunanlar