Xəzər Xəbər

Zarat stansiyasında aşan qatar Rusiya şirkətinə məxsusdur AÇIQLAMA

Hadisə | 16:19 • 16 İyul 2024
Zarat stansiyasında aşan qatar Rusiya şirkətinə məxsusdur

Zarat stansiyasında aşan qatar Rusiya özəl şirkətinə məxsusdur.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Qeyd olunub ki, bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb. Vaqonların yükü taxta materiallarından ibarət olub:

"Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır"

Xəbər lenti

Çox oxunanlar