Mingəçevir su anbarında çimən şəxs boğulub.
Xezerxeber.az-ın məlumatına görə, öz ailəsi ilə birgə istirahətə gedən şəxs Mingəçevir su anbarında çimərkən batıb.
Onun meyti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.