Ötən gün axşam saatlarında Biləsuvarda ov silahından açılan atəş nəticəsində sağ əlindən xəsarət alan şəxs Bakıya xəstəxanaya gətirilib.
Xexerxeber.az-ın məlumatına görə, 1989-cu il təvəllüdlü Elçin Əmənov bundan əvvəl Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.
Qeyd edək ki, iyulun 6-da saat 18:30 radələrində Biləsuvar rayonu ərazisində 1989-cu il təvəllüdlü Elçin Əmənov idarə etdiyi "Mercedes" markalı avtomobildə ov silahından açılan atəş nəticəsində sağ əlindən xəsarət alıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü, qohumu Emin Kərimli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.