Xəzər Xəbər

Bakıda bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə | 09:00 • 1 İyul 2024
Bakıda bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub

İyulun 1-də Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Təbriz Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Xəbər lenti

Çox oxunanlar