Xəzər Xəbər

Yasamalda ağacların kəsilməsi faktı aşkarlanıb

Hadisə | 17:53 • 30 İyun 2024
Yasamalda ağacların kəsilməsi faktı

145 ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Xəbər lenti

Çox oxunanlar