Xəzər Xəbər

İsmayıllının Qoydan kənd sakinləri təxliyə edilib BU SƏBƏBDƏN

Hadisə | 20:15 • 29 İyun 2024
İsmayıllının Qoydan kənd sakinləri təxliyə edilib

İntensiv yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi və təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq, İsmayıllı rayonu, Qoydan kəndində təhlükə altında olan evlərin sakinlərinin köçürülməsi ilə bağlı aidiyyəti üzrə qərar qəbul edilib.

Xezerxeber.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin sakinlərin köçürülməsi işlərinə başlanılıb.

Bu məqsədlə əraziyə cəlb olunan FHN-in Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi işləri həyata keçirilir.

Xəbər lenti

Çox oxunanlar