Lənkəranda yaşayış binasında yanğın olub, 90 yaşlı qadın yanaraq ölüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Girdəni kəndində baş verib.
Belə ki, ikimərtəbəli, 16 mənzilli binada yanğınla bağlı Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub. Şəxsi heyət və FHN -nin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Yanğının söndürülməsi zamanı mənzillərin birində 1934-cü il təvəllüdlü Əcəbnaz Əsgərəli qızı Əsgərovanın meyiti aşkar edilib. Bina sakinlərindən başqa xəsarət alan olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları baxış keçirib. Meyit müayinə üçün morqa təhvil verilib.
Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.