Xəzər Xəbər

Prokurorluq gəmi zavodunun 5 əməkdaşının ölməsi ilə bağlı araşdırma aparır

Hadisə | 20:27 • 3 İyun 2024
Prokurorluq gəmi zavodunun 5 əməkdaşının ölməsi ilə bağlı araşdırma aparır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının  ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti