Bakı metrosunda qatarların hərəkəti bərpa olunub.
Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O deyib ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür:
"Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılıb, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib"
Qeyd edək ki, metronun "28 May" stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.
13:26
"28 May" stansiyasına qatar daxil olanda sərnişin stansiya yoluna düşüb.
Bakı metrosundan bildirilib ki, baş verən hadisə səbəbindən xətlərdə yubanma var.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.