Bu gün saat 08:00 radələrində paytaxtın Xəzər rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.
Məlumata görə, “Hundai Matrix” markalı, 10-CY-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ayxan Rəsulov idarəetməni itirərək əks istiqamətli hərəkət zolağına çıxıb və hərəkətdə olan “Hyundai Santafe” markalı, 77-HF-038 dövlət qeydiyyat nişanlı və “Daewoo” markalı, 99-MB-211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşub.
Qəza nəticəsində “Hundai Matrix” markalı avtomobilin sürücüsü A.Rəsulov, avtomobildə olan sərnişini İftixar İskəndərov və “Hundai Santafe” markalı avtomobilin sürücüsü Fərid Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.
Hazırda faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.