Xəzər Xəbər

Azərbaycanda ildırım vurması nəticəsində 3 nəfər həyatını itirib

Hadisə | 09:58 • 1 İyun 2024
Azərbaycanda ildırım vurması nəticəsində 3 nəfər həyatını itirib

Azərbaycanda ildırım vurması nəticəsində 3 nəfər həyatını itirib, 1 nəfər ağır xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisələr Tovuz, Şəmkir və Gəncədə dünən baş verib.

Tovuzda 14 yaşlı yeniyetməni ildırım vuraraq öldürüb. Rayonun Ağdam kənd sakini 2010-cu il təvəllüdlü Səbuhi Abdullayev düzənlik ərazidə mal-qara otaran zaman onu ildırım vurub. Yeniyetmə hadisə yerində ölüb.

Şəmkirdə isə 61 yaşlı kişini ildırım vuraraq öldürüb. Hadisə rayonun Yeni Həyat kəndində baş verib. Kənd sakini olan 1963-cü il təvəllüdlü Züriyyət Musayevi evinin yaxınlığında ildırım vurub. O, aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Şəmkirdə daha bir bədbəxt hadisə Zəyəm qəsəbəsində qeydə alınıb. Əkin sahəsində işləyən Diləfrüz Qurbanovanı ildırım vurub.

O, hadisə yerində ölüb. Oxşar hadisə Gəncədə də qeydə alınıb. Burada 24 yaşlı gənci ildırım vuraraq ağır xəsarət yetirib.

Bütün faktlarla bağlı araşdırmalar aparılır. 

Rubrikanın digər xəbərləri

Xətai rayonunda
Xətai rayonunda torpaq sürüşməsi
13:57 • 17 Oktyabr 2024
Tovuzda keçmiş şərab zavodunun ərazisində
Tovuzda keçmiş şərab zavodunun ərazisində Yanğın
10:41 • 17 Oktyabr 2024
Sabunçuda avtomobil qadını vuraraq
Sabunçuda avtomobil qadını vuraraq Öldürdü
09:34 • 17 Oktyabr 2024
Bakıda piyadanı maşın vurub
Bakıda piyadanı maşın vurub FOTO
12:36 • 16 Oktyabr 2024
Bakıda gənc oğlan bıçaqlanıb
Bakıda gənc oğlan bıçaqlanıb
09:03 • 16 Oktyabr 2024
Balakəndə şəhidin xatirə muzeyində
Balakəndə şəhidin xatirə muzeyində yanğın
10:23 • 15 Oktyabr 2024
Biləsuvarda qadın yanaraq
Biləsuvarda qadın yanaraq Öldü
10:04 • 15 Oktyabr 2024

Xəbər lenti

Çox oxunanlar