Xəzər Xəbər

İtkin düşmüş 22 yaşlı qadının qəsdən öldürüldüyü müəyyən olunub

Hadisə | 10:22 • 16 May 2024
İtkin düşmüş 22 yaşlı qadının qəsdən öldürüldüyü müəyyən olunub

Lənkəranda iki ay əvvəl itkin düşmüş qadının qəsdən öldürüldüyü müəyyən olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumata görə, Lənkəran Rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində cari ilin mart ayında itkin düşmüş Cəlilabad rayon sakini, 2002-ci il təvəllüdlü Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən edilib.

Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib. 

Könül Ağayevanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Elvin İsmayılzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub: "Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir".

Rubrikanın digər xəbərləri

Xətai rayonunda
Xətai rayonunda torpaq sürüşməsi
13:57 • 17 Oktyabr 2024
Tovuzda keçmiş şərab zavodunun ərazisində
Tovuzda keçmiş şərab zavodunun ərazisində Yanğın
10:41 • 17 Oktyabr 2024
Sabunçuda avtomobil qadını vuraraq
Sabunçuda avtomobil qadını vuraraq Öldürdü
09:34 • 17 Oktyabr 2024
Bakıda piyadanı maşın vurub
Bakıda piyadanı maşın vurub FOTO
12:36 • 16 Oktyabr 2024
Bakıda gənc oğlan bıçaqlanıb
Bakıda gənc oğlan bıçaqlanıb
09:03 • 16 Oktyabr 2024
Balakəndə şəhidin xatirə muzeyində
Balakəndə şəhidin xatirə muzeyində yanğın
10:23 • 15 Oktyabr 2024
Biləsuvarda qadın yanaraq
Biləsuvarda qadın yanaraq Öldü
10:04 • 15 Oktyabr 2024
Bakıda yaşlı kişini bıçaqlayan
Bakıda yaşlı kişini bıçaqlayan Saxlanıldı
13:47 • 13 Oktyabr 2024
Qubada avtomobil ağaca çırpılıb
Qubada avtomobil ağaca çırpılıb Öıən var
10:00 • 13 Oktyabr 2024

Xəbər lenti