Bu ilin I rübü ərzində Azərbaycan ərazisində 3 288 təbii və texnogen mənşəli hadisə baş verib.
Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatlarına əsasən xəbər verir ki, bu il baş vermiş müvafiq hadisələrin sayı 2023-cü ilin I rübü ilə müqayisədə 425 hadisə və ya 11 faiz azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 38 nəfər həlak olub,134 nəfər xəsarət alıb. Hesabat dövründə FHN-in xilasediciləri tərəfindən 96 nəfər xilas edilib, 333 nəfər təxliyə olunub.
Rüb ərzində respublika ərazisində 67 təbii mənşəli hadisə qeydə alınıb, insan tələfatı və xəsarət alan olmayıb.
İlin ilk üç ayında ölkə ərazisində 3 221 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2023-cü ilin I rübü ilə müqayisədə 451 hadisə və ya 12% azdır.
Statistikaya görə ən çox yanğın yaşayış binalarında və nəqliyyat vasitələrində baş verib.
Rüb ərzində 23 partlayış hadisəsi baş verib.