Nizami rayonu ərazisində mənzillərin birindən 60 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib və o saxlanılıb.
Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.