Xəzər Xəbər

Qətldə şübhəli bilinərək tutulan şəxs vəfat edib

Hadisə | 10:50 • 29 Aprel 2024
Qətldə şübhəli bilinərək tutulan şəxs vəfat edib

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Sadiq Əhmədovun üzərində kəsilmiş-deşilmiş xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Xəzər Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla 1954-cü il təvəllüdlü, əvvəllər məhkum edilmiş Vaqif Dadaşovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sadiq Əhmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Vaqif Dadaşov hadisədən bir qədər sonra ürəktutmadan vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar