Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Dərnəgül şosesi "Taxta bazarı" deyilən ərazidə FHN-in 112 Qaynar xəttinə yanğınla bağlı məlumat daxil olub: "Əraziyə dövlət yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Əraziyə 70 nəfər şəxsi heyət və 15 texnika cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb. Hadisənin səbəbləri araşdırılır. Bununla bağlı əlavə məlumat veriləcək. İlkin məlumatlara görə, 800-1000 kvadratmetr ərazi yanıb".