TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib.
Xezerxeber.az quruma istinadən bildirir ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
2010 və 2014-cü il təvəllüdlü 2 nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, İsbərov Amid Seyran oğlunu və Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vuraraq öldürüb.