Aprelin 7-də Gürcüstanın paytaxtı Tbilisinin Boçormı küçəsindəki güllə atıcılığı mərkəzinin “Batlqraund” mağazasında güclü partlayış baş verib. Nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, partlayış nəticəsində yaranmış yanğın söndürülüb. Polis hadisənin baş vermə səbəblərini araşdırır.