Lənkəran rayonunda ağır avtoqəza olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, martın 28-də saat 08 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes", Z.Kərimovun idarə etdiyi "VAZ 2109" və D.Səfərlinin idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşublar. Nəticədə "VAZ 2109" markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər. “Mercedes"in sürücüsü isə bədən xəsarətləri alıb.
Qəza ilə bağlı araşdırmalar davam etdirilir.