Qaradağda 10 min manatlıq oğurluq olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) axtarışda olan Ruslan Mahmudlu saxlanılıb.
Araşdırmalarla onun Sahil qəsəbəsi ərazisində içərisində 2000 manat qiyməti olan təmir alətləri ilə birlikdə 8000 manat dəyərində konteyner oğurlaması da müəyyən edilib.