Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. NİİM əməkdaşları tərəfindən ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat veriblər. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün tədbirlər görülür.