Piyada diqqətsizliyi ağır qəzaya səbəb olub. Bu gün saat 14:15 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yol təmiri maşını (drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfildən qatarın qarşısına çıxıb.
ADY-dən Xezerxeber.az-a bildirilib ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ölüb.