Salyanda yaşayış evində bir nəfər yanaraq ölüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Həsənli kəndində qeydə alınıb. Yanan fərdi yaşayış evində həmin evdə yaşayan şəxsin yanmış meyiti aşkar edilib.
Ölən şəxs 60 yaşlı Svetlana Qadir qızı Zeynalovadır.
Faktla bağlı araşdırma aparılır.