Xəzər Xəbər

Bakı-Quba yolunda qəza baş verib, yol təsərrüfatına ziyan dəyib FOTO

Hadisə | 10:15 • 16 Fevral 2024
Bakı-Quba yolunda qəza baş verib, yol təsərrüfatına ziyan dəyib

Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də yol təsərrüfatına ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, yük maşını idarəetmədən çıxaraq beton arakəsmə maneələrə dəyib. Nəticədə beton maneələr və bir işıq dirəyi sıradan çıxıb.

Dərhal əraziyə Agentliyin əməkdaşları gələrək yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görüb, hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin edib.

Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Rubrikanın digər xəbərləri

Bakıda kran YANDI
Bakıda kran YANDI FOTO
16:15 • 6 Sentyabr 2024
Bakıda qəza baş verib, yolda sıxlıq yaranıb
Bakıda qəza baş verib, yolda sıxlıq yaranıb FOTO
15:38 • 6 Sentyabr 2024
Bakıda evə basqın
Bakıda evə basqın ZƏRƏRSİZLƏŞDİRİLƏN VAR
12:05 • 3 Sentyabr 2024
İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu
İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu təxirə salındı
17:42 • 2 Sentyabr 2024
Yasamalda piyadanı maşın
Yasamalda piyadanı maşın VURDU
16:21 • 31 Avqust 2024
Goranboy rayonunda
Goranboy rayonunda YANĞIN
09:56 • 31 Avqust 2024

Xəbər lenti