Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində evdə meyit aşkarlanıb.
Xezerxeber.az xəbər verir ki, qəsəbə ərazisində yerləşən mənzildən orada usta kimi çalışan 1977-ci il təvəllüdlü Ramil Möhübbət oğlu Həsənovun meyiti tapılıb.
Ev sahibləri mənzilə gəldikdə ustanın öldüyünü görüblər.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.