Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində 2 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Yasamal Rayon Prokurorluğundan bildirilib.
Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılır.
Qeyd edək ki, həmin şəxslərin ər-arvad olduğu bildirilir.