Fevralın 4-də saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
Xezerxeber.az-ın xəbərinə görə, DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb.
O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.
Araşdırma aparılır.