Qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Elxan Vahabov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.
Ondan 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
E.Vahabov silahı bir müddət əvvəl əldə etdiyini amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib. Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar davam etdirilir.