Bakıda dəm qazından zəhərlənən tələbə ilə birgə onun qardaşı da həyatını itirib.
Xezerxeber.azxəbər verir ki, hadisə Nərimanov rayonunda, PYİA38/10 ünvanında qeydə alınıb.
Həmin evdə kirayə yaşayan, Əli və Sərxan Həsənov qardaşlarının meyiti tapılıb. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.
Məlumata görə, qardaşlardan yanvarın 25-dən xəbər olmayıb. Qohumları onların yaşadığı evə gəlib, evin pəncərəsini çöldən açaraq içəri daxil olublar. Onlar iki qardaşın meyitlərini aşkar ediblər.
Vurğulanıb ki, onlardan biri bir qədər əvvəl ailə həyatı qurub, digəri isə tələbə olub.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.