2023-cü il ərzində respublika ərazisində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1907 olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın hadisələri zamanı 40 nəfər həlak olub, 169 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 11 nəfər və ya 22%, xəsarət alanlar üzrə 50 nəfər və ya 23% azdır.