Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Xezerxeber.az FHN-in Mətbuat xidmətinə istinadən məlumat verir ki, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.
İlkin məlumata görə, Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş verən yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Əlavə məlumat veriləcək.