Xəzər Xəbər

İki mindən çox şəxsin məlumatlarını ələ keçirən şəxs tutuldu

Hadisə | 16:55 • 16 Yanvar 2024
İki mindən çox şəxsin məlumatlarını ələ keçirən şəxs tutuldu

Naxçıvan polisi tərəfindən hüquqazidd əməllər törədən şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində təxirəsalınmaz əməliyyatlar davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Naxçıvan şəhərindəki “Park AVM” ticarət mərkəzində yerləşən “Güvənli Əmlak” adlanan ev alqı-satqı ofisində çoxsaylı vətəndaşlara məxsus anket məlumatları aşkar olunub.

Aparılan araşdırmalar zamanı N.Məmmədovun sığorta şirkətində çalışdığı müddətdə vətəndaşlara onların evlərini sığortalamağı təklif etməklə məlumatlarını əldə etdiyi məlum olub.

N.Məmmədov ifadəsində 2000-dən çox şəxsin məlumatlarını bu yollarla ələ keçirdiyini və ev alqı-satqı işində həmin məlumatlardan istifadə etdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşları ayıq-sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa və bu kimi detallara diqqət etməyə çağırır.

Xəbər lenti

Çox oxunanlar