“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı ailəsi ilə birlikdə avtomobil qəzasına düşüb.
Xezerxeber.az xəbər verir ki, qəza zamanı avtomobildə dörd nəfər olub.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, qəza zamanı avtomobildə aparıcı Elvin Basqallı, qardaşı Nicat Vahid oğlu Tanrıverdiyev, Elvinin səkkiz yaşlı oğlu Ramal və Elvinin anası olub.
"Onlar “Hunday SantaFe” markalı, 77-GT-210 dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmirdən Bakı istiqamətində hərəkət ediblər. Yolun buzlaşması səbəbindən, sükan arxasında olan Nicat Tanrıverdiyev idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı beton maneəyə çıpılıb və yoldan çıxıb. Xəsarət alan yoxdur”.