Xəzər Xəbər

Bayram günlərində yol qəzalarında 8 nəfər ölüb

Hadisə | 11:27 • 9 Yanvar 2024
Bayram günlərində yol qəzalarında 8 nəfər ölüb

Qeyri-iş günlərində, yəni yanvar ayının 1-6 tarixləri aralığında respublika ərazisində ümumilikdə ölüm və xəsarətlə nəticələnən 20 yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. 

Məlumata görə, nəticədə 8 nəfər həyatını itirib, 20 nəfər isə xəsarət alıb.

Qeyd olunub ki, DİN-nin BDYPİ tərəfindən dəfərlərlə media subyektlərində, eləcə də sosial şəbəkələr üzərindən əhaliyə edilən müraciətlərə baxmayaraq, hələ də sürücülər tərəfindən yol hərəkəti qaydaları pozulur: "Bunun nəticəsində də arzuolunmaz hadisələr baş verir. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri içərisində ilk sırada sürət həddinin aşılması dayanır. Bundan başqa sürücülərin manevretmə qaydalarını kobud şəkildə pozması, əks yola çıxma, nəqliyyat vasitəsinin nasaz halda idarəeilməsi də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Bir daha sürücülərdən yol hərəkəti qaydalarının tələblərinə ciddi şəkildə riayət etmələrini tövsiyə edirik”.

Xəbər lenti

Çox oxunanlar