Biləsuvar rayonunda dəm qazından zəhərlənmə üzrə 3 fakt qeydə alınıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisələr son 3 gün ərzində baş verib.
Belə ki, ayrı-ayrı ünvanlarda qeydə alınan hadisələr zamanı ümumilikdə 4 nəfər dəm qazından zəhərlənib. Hər bir xəstəyə rayon xəstəxanasında tibbi yardımlar göstərilib.
Faktlarla bağlı araşdırma aparılır.